Naxçıvanda "Gənclik Festivalı – Şərur 2026" keçirilib

Daxili siyasət
  • 09 iyun, 2026
  • 18:46
Naxçıvanda Gənclik Festivalı – Şərur 2026 keçirilib

Naxçıvan Muxtar Respublikasında (MR) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan "Gənclik Festivalı – Şərur 2026" təşkil edilib.

"Report"un yerli bürosu xəbər verir ki, festival gənclərin bilik və bacarıqlarının nümayiş etdirilməsi, ictimai fəallığının artırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi və sağlam həyat tərzinin təşviqinə həsr olunub.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm rol oynadığını vurğulayıblar.

Çıxışlarda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyi, gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığı qeyd olunub.

Tədbir bədii proqramla davam edib.