AMİP sədri parlament seçkilərində namizəd olacağı seçki dairəsinin adını açıqlayıb
Daxili siyasət
- 27 aprel, 2015
- 10:44
Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bu il keçiriləcək parlament seçkilərində namizədliyini 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən irəli sürəcək.
Y.Bağırzadə "Report"a açıqlamasında bildirib ki, hazırda partiyada digər dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi prosesi gedir.
O qeyd edib ki, AMİP əvvəlki parlament seçkilərində olduğu kimi, bu il də seçkilərə ciddi hazırlaşır: "AMİP 2010-cu ildə keçirilən parlament seçkilərində hakim partiyadan sonra ən çox namizədi olan partiya idi. Bu il keçiriləcək seçkilərə də ciddi hazırlaşırıq, çalışırıq ki, monolitliyi qoruyub saxlayaq".
Son xəbərlər
02:13
Kabardin-Balkarda qar uçqunu nəticəsində iki alpinist ölüb, 10 nəfər itkin düşüb
Region01:41
Britaniyanın sahil mühafizəsi La-Manşda 140 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb
Digər ölkələr01:03
"Yuventus" əlavə vaxtda "Milan"a məğlubiyyətdən xilas olub
Futbol00:28
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
Region00:00
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
Digər ölkələr23:35
Foto
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Digər ölkələr23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28