​Müsavat başqanı müavininin Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub

Daxili siyasət
  • 15 aprel, 2016
  • 13:02
​Müsavat başqanı müavininin Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub

Bakı. 15 aprel. REPORT.AZ/ Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluqda olub.

Bu barədə "Report"a T.Yaqublu özü məlumat verib. O, baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdüyünü bildirib.

"Prokurorluqda həbsdən çıxdıqdan sonra mətbuata verdiyim müsahibələrə görə xəbərdarlıq edildi. Mən də müsahibələrimdə dediyim fikirləri bir daha əsaslandırdım", - deyə T.Yaqublu bildirib.

44 - Tezliklə