MSK: “Ümumxalq səsverməsində saat 10:00-a qədər 680 438 nəfər səsvermədə iştirak edib

Daxili siyasət
  • 26 sentyabr, 2016
  • 06:34
MSK: “Ümumxalq səsverməsində saat 10:00-a qədər 680 438 nəfər səsvermədə iştirak edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən ümumxalq səsverməsində (referendum) saat 10:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 680 438 nəfəri (12,9%) səsvermədə iştirak edib.