MSK sədri siyasi partiyalara xəbərdarlıq edib

Daxili siyasət
  • 06 mart, 2017
  • 12:32
MSK sədri siyasi partiyalara xəbərdarlıq edib
Report.az

Bakı. 6 mart. REPORT.AZ/ Məkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycandakı siyasi partiyalara çağırış edib.

“Report”un xəbərinə görə, M.Pənahov deyib ki, partiyalar 2016-cı il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.Onun sözlərinə görə, MSK-ya hesabatlar daxil olur: “Son müddət aprelin 1-də başa çatır. Digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidirlər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.