Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Daxili siyasət
  • 01 may, 2015
  • 07:36
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbəti plenar iclasının tarixi məlum olub. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"a açıqlamasında bildirib ki, növbəti iclas mayın 8-də keçiriləcək. 

Onun sözlərinə görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib: "Gündəliyə "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında",  "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib".

44 - Tezliklə