​Milli Məclisin növbədənkənar iclasının gündəliyi açıqlanıb

Daxili siyasət
  • 18 yanvar, 2016
  • 13:22
​Milli Məclisin növbədənkənar iclasının gündəliyi açıqlanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin yanvarın 19-da keçiriləcək növbədənkənar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, iclasın gündəliyinə 5 məsələ daxildir.

O qeyd edib ki, parlament sabah "Əmanətlərin sığortalanmsı haqqında", "Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsini və "Valyuta tənzimi haqqında" qanun layihəsini müzakirə edəcək.