Mikayıl Cabbarov vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib

Daxili siyasət
  • 05 dekabr, 2017
  • 13:00
Mikayıl Cabbarov vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib
Report

Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Fazil Əsəd oğlu Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının üçüncü sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.

44 - Tezliklə