Lənkəranda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO
- 12 dekabr, 2017
- 08:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Lənkəranda ümumrayon anım mərasimi keçirilib.
"Report"un Cənub bürosu xəbər verir ki, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə Parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra ayrı-ayrı idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, sadə zəhmət adamları əllərində gül-çiçəklə abidənin önünə gələrək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Tədbirin davamı olaraq Lənkəran Dövlət Universitetinin böyük akt zalında “Əbədiyaşar Ümummilli Liderimiz” adlı konfrans keçirilib.