Laçından olan Balakişiyevlər ailəsinin qayıdış hekayəsi
- 26 avqust, 2026
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Laçın rayonunun Mirik kəndindən olan Balakişiyevlər ailəsinin işğaldan əvvəlki və Qələbədən sonrakı foto və videolarının dili, ailə üzvlərinin xatirələri ilə canlandırılan bir hekayədir.
"Report" xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçın Şəhəri Günü ilə bağlı hazırlanan videoçarxda qeyd edilib.
Bildirilib ki, Ermənistanın hərbi təcavüzü onları dağlar qoynunda yaşadıqları sevincli və bərəkətli günlərdən ayırıb, çöllərə salıb, ağır şəraitdə yaşamağa məcbur edib.
Müzəffər Azərbaycan Ordusu düşməni məğlub edib torpaqlarımızdan qovduqdan sonra Mirik kəndindəki evlərinin xarabalıqları qalmış həyəti belə Balakişiyevlər ailəsi üçün keçmişin ab-havasını yaşadan əziz bir məkandır.
Xoş günlərin qayıdışı ailəni qürurlandırır və tezliklə doğma yurdda yaşayacaqlarına inam yaradır.