Könül Nurullayeva 2021-ci ildə vətəndaşlarla ilk görüşünü keçirdi
Daxili siyasət
- 13 yanvar, 2021
- 12:23
Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinlərinin Deputat Qərargahına daxil olan müraciətlər əsasında 2021-ci ildə ilk qəbulunu keçirib.
"Report"un məlumatına görə, həftə ərzində ümumilikdə 53 nəfərin birbaşa, telefon vasitəsi ilə və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, 19 nəfərin müraciəti isə xüsusi karantin qaydalarına uyğun olaraq, onlayn formatda keçirilən görüş zamanı dinlənilib.
Müvafiq qurumlara təqdim etmək məqsədilə digər 34 nəfərin müraciəti isə nəzarətə götürülüb.
K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, bu görüş 2021-ci ildə nəzərdə tutulan ilk onlayn qəbuldur. Görüşlər mütəmadi qaydada davam edəcək.
Növbəti görüş 2021-ci il yanvarın 22-nə planlaşdırılır.
Son xəbərlər
23:43
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Turizm23:38
Video
Qərbi Azərbaycan Xronikası: "Toponimlər hər bir xalqın tarixini özündə yaşadır"
Daxili siyasət23:34
Dövlət başçısı: Elmi inkişaf etdirmək istəyiriksə, islahatlara getməliyik
Elm və təhsil23:32
Venesuelanın BMT-dəki nümayəndəsi: ABŞ təbii sərvətlərimizə görə bizə hücum edir
Digər ölkələr23:25
Prezident: Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir
Daxili siyasət23:23
İlham Əliyev: Biz bütün dövrlərdə dilimizi qorumuşuq
Daxili siyasət23:14
Bu il daha iki Avropa ölkəsi Azərbaycan qazını alacaq
Energetika23:08
Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib
İnfrastruktur23:02