Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb

Daxili siyasət
  • 02 aprel, 2026
  • 11:52
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (113 nəfər) köçürülür.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.