Kəngərli rayonuna yeni icra başçı təyin edilib

Daxili siyasət
  • 31 avqust, 2015
  • 12:32
Kəngərli rayonuna yeni icra başçı təyin edilib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamal Elbrus oğlu Ələkbərovun Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Ramiz Əli oğlu Cəfərov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.