İtkin düşən Şəmkir və Gədəbəy sakinləri tapılıb

Daxili siyasət
  • 01 iyun, 2024
  • 07:23
İtkin düşən Şəmkir və Gədəbəy sakinləri tapılıb

Şəmkir və Gədəbəy rayonlarında itkin düşən şəxslər tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri müvafiq tədbirlər nəticəsində may ayının müxtəlif vaxtlarında itkin düşən Şəmkir rayon sakini K. Kərimov və Gədəbəy rayon sakini E. İbrahimov tapılıb.

Onlar ailələrinə təhvil verilib.