İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib

Daxili siyasət
  • 22 iyul, 2022
  • 08:21
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib
İlham Əliyev

Prezident İlham Əliyev "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli fərmanında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, qurumun Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 10-a çatdırılıb.

Prezident həmçinin “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli sərəncamında dəyişiklik edib.

İ.Əliyevin bununla bağlı imzaladığı yeni sərəncamla Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Müşahidə Şurasının sədri

Baş nazir

Müşahidə Şurasının üzvləri

Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Birinci vitse-prezidentin köməkçisi

Birinci vitse-prezidentin köməkçisi

iqtisadiyyat naziri

maliyyə naziri

əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Mərkəzi Bankının sədri

Dövlət Neft Fondunun İcraçı direktoru.