İndiyədək 130 mediator işdən çıxarılıb, 70-dən çoxu barəsində sərt tədbirlər görülüb
- 27 iyul, 2023
- 07:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“İndiyədək 130 mediator sıralarımızdan xaric edilib”.
“Report”un xəbərinə görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli qərarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.
O bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib.
N.Adilov qeyd edib ki, bu il ərzində Mediasiya Şurasına 32 767 iş daxil olub: “Bunlardan 28 748-i ailə mübahisəsi, 2 317-si kommersiya, 1 703-ü isə əmək mübahisələri ilə bağlı olub".
O, ötən illərlə müqayisədə barışıq sazişlərinin artdığını söyləyib: "39-40 faiz artım var".