İmişlidə Gənclər Günü qeyd edilib
- 02 fevral, 2022
- 19:11
İmişli rayonunda 2 fevral - Gənclər günü qeyd edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə qazilər, müharibə veteranları və gənclər iştirak edib.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan bəhs edilib.
Tədbir, eyni zamanda diskussiya xarakteri daşıyıb. Gənc qazilərin və iştirakçıların gələcəyə baxışları, onların gələcək fəaliyyətləri haqqında geniş söhbət aparılıb. Görüşdə çıxış edən qazilərimiz və fəal gənclər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadət və igidliyindən, xalqımızın ordumuza verdiyi misilsiz dəstəkdən, xalq-lider-ordu birliyindən ətraflı danışıblar.
Sonda görüş iştirakçıları təltif olunublar.