Qubad İbadoğluya görə tanınmış iki müsavatçı partiyadan istefa verib
Daxili siyasət
- 06 fevral, 2015
- 18:50
Onlar İsa Qəmbərin müşavirləri olub
Bakı. 6 fevral. REPORT.AZ/ Müsavat Partiyası başqanının sabiq müşavirləri Hüseyn Məlik və Səftər Nəhmətli partiyadan istefa verib. Bu barədə “Report”a Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib. O bildirib ki, H.Məlik və S.Nəhmətli başqanlığa sabiq namizəd Qubad İbadoğlunun Divanın qərarı ilə partiyadan xaric edilməsinə etiraz olaraq bu addımı atıblar.
S.Nəhmətli həm də tanınmış təhsil ekspertidir.
Qeyd edək ki, bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantıda Müsavat başqanlığına sabiq namizəd, tanınmış iqtisadçı Qubad İbadoğlunun partiyadan xaric edilməsi barədə qərar qəbul olunub.
Son xəbərlər
16:00
"SOCAR Polymer" 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib
Energetika16:00
Mirbağır İsayev: "Əvvəl tək "Qarabağ" sözünü deyirdisə, artıq "Sabah" da bu mübarizəyə qoşulub"
Futbol15:59
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu Anlaşma Memorandumu imzalayıblar
Biznes15:52
Qırğızıstan və Türk İnvestisiya Fondu əməkdaşlığı genişləndirir
Biznes15:41
Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
Analitika15:37
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr15:35
"AzerGold"un ixrac gəlirləri 26 %-dən çox artıb
Sənaye15:29
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb
Sağlamlıq15:26