Sənan Hacıyev: Məhkəmə sistemindəki problemlərin həlli üçün müzakirələrin keçirilməsi nəzərdə tutulur

Daxili siyasət
  • 28 fevral, 2025
  • 11:10
Sənan Hacıyev: Məhkəmə sistemindəki problemlərin həlli üçün müzakirələrin keçirilməsi nəzərdə tutulur

Məhkəmə sistemindəki problemlərin həlli üçün müzakirələrin keçirilməsi nəzərdə tutulur. 

"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Hakimlər İttifaqının sədr müvaini Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Hakimlərin Forumunun keçirilməsinin əsas məqsədi hakimlərin məhkəmə hakimiyyətində həyata keçirilən islahatlar barədə məlumatlandırmaqdır: 

"Gələcəkdə məhkəmə sistemində vətəndaşları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müxtəlif müzakirələrin keçirilməsi nəzərdə tutulur".

S.Hacıyev bildirib ki, bu forumun növbəti illərdə silsilə tədbirlər şəklində keçirilməsi planlaşdırılır.