Hacıqabulda Xocalı soyqırımının ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Daxili siyasət
  • 24 fevral, 2023
  • 17:32
Hacıqabulda Xocalı soyqırımının ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə Hacıqabul şəhər Folklor klubunda “Qisas qiyamətə qalmadı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

“Report”un Aran bürosunun məlumatına görə, tədbir iştirakçıları soyqırıma məruz qalmış şəhidlərin, o cümlədən vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad etdilər.

Anım tədbirində insanlığa sığmayan bu qanlı faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacib olduğu vurğulanıb.

Hacıqabul rayon mədəniyyət işçilərinin təşkilatçılığı ilə nümayiş olunan kompozisiyada Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu göstərilib, eyni zamanda yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanıb.