Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Rasim Eldarov dəfn edilib - YENİLƏNİB 

Daxili siyasət
  • 06 iyun, 2024
  • 10:02
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Rasim Eldarov dəfn edilib - YENİLƏNİB 

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovla Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:43

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Ulaşlı Şıxlı kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rasim Səfər oğlu Eldarov 1968-ci il iyulun 17-də anadan olub. O, 1993-cü avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

R.Eldarov Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.