Goranboy DYP Bölməsinə yeni baş inspektor təyin edilib

Daxili siyasət
  • 31 iyul, 2023
  • 15:19
Goranboy DYP Bölməsinə yeni baş inspektor təyin edilib

Goranboy rayon Dövlət Yol Polisi Bölməsinə yeni baş inspektor təyin olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis baş leytenantı Elşən İsmayılov təyin olunub.

Qeyd edək ki, E.İsmayılov bundan əvvəl Daşkəsən rayon Dövlət Yol Polisi Bölməsində çalışıb.

44 - Tezliklə