Gələn həftə Naxçıvan MSK yenidən formalaşdırılacaq

Daxili siyasət
  • 18 dekabr, 2015
  • 05:12
Gələn həftə Naxçıvan MSK yenidən formalaşdırılacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası dekabrın 22-də keçiriləcək.

"Report"un xəbərinə görə, sessiyanın gündəliyinə 2015-ci ildə Naxçıvanın sosial-iqtisadi inkişafının yekunları, muxtar respublikanın 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiqlənməsi, Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı, Naxçıvan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin seçilməsi daxil edilib.