Fuad Muradov: “Müasir Azərbaycanın inkişaf strategiyasının əsasını Heydər Əliyev qoyub”

Daxili siyasət
  • 10 may, 2023
  • 10:14
Fuad Muradov: “Müasir Azərbaycanın inkişaf strategiyasının əsasını Heydər Əliyev qoyub”

“Müasir Azərbaycanın inkişaf strategiyasının əsasını Heydər Əliyev qoyub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, Ümummilli Liderin 100 illiyi azərbaycanlılar üçün əlamətdar gündür.

“Bu il Ümummilli Liderin anadan olmasının 100 illiyi şərəfinə 100-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub, onların əksəriyyəti artıq təşkil edilib”, - o bildirib.

Komitə sədri Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasında və inkişafında Heydər Əliyevin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb.

F.Muradov qeyd edib ki, hazırda Azərbaycan diasporu ölkənin ictimai həyatında fəal iştirak edir.

“Bu gün diasporla işə böyük diqqət yetirilir və bu, İlham Əliyevin xidmətidir”, - o əlavə edib.

Onun sözlərinə görə, ötən il Şuşada keçirilən Dünya Azərbaycanlılarının Qurultayı bu siyasətin bariz nümunəsidir.

44 filmi