Fərhad Abdullayev: Hər bir ölkənin imici onun seçki prosesinin şəffaflığı ilə ölçülür

Daxili siyasət
  • 10 iyul, 2024
  • 08:06
Fərhad Abdullayev: Hər bir ölkənin imici onun seçki prosesinin şəffaflığı ilə ölçülür
Fərhad Abdullayev

Hər bir ölkənin imici onun seçki prosesinin şəffaflığı ilə ölçülür. Seçkilərin şəffaflığı Azərbaycanın dünya müstəvisində imicini formalaşdırır.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Onun sözlərinə görə, məhkəmələrin seçki prosesində insanların seçki hüquqlarının təmin edilməsindəki rolu cəmiyyət və dövlətin seçkilərə nə dərəcədə maraqlı olduğunu göstərir.

"Seçkilərin uğurla keçirilməsi üçün əsas iş yerli idarəetmə orqanlarının üzərinə düşür," - F.Abdullayev vurğulayıb.

Sevil Seymur

44 - Tezliklə