Fərhad Abdullayev: "Azərbaycanın demokratik seçkilərin keçirilməsində təcrübəsi var"

Daxili siyasət
  • 20 dekabr, 2023
  • 07:52
Fərhad Abdullayev: Azərbaycanın demokratik seçkilərin keçirilməsində təcrübəsi var

Azərbaycanın demokratik seçkilərin keçirilməsində təcrübəsi var.

“Report”un xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Seçkilər bizim üçün çox böyük mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi də seçkilərlə bağlı çox böyük təcrübəyə malikdir. Hər bir insanın seçki hüququ var və bundan istifadə edə bilər. Hər bir Azərbaycan vətəndaşını bu seçkilərdə fəal iştirak etməyə çağırıram”, - F.Abdullayev bildirib.