Faktiki hava: Bakı və Abşeronda küləyin sürəti güclənib
Daxili siyasət
- 11 aprel, 2024
- 10:53
Aprelin 11-i saat 14:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 23-25 m/s-dək güclənib.
Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Ceyrançöl, Göygöl, Ağstafa, Beyləqan, Neftçala, Astara, Lənkəran, Yardımlı, Lerik, Biləsuvarda arabir yağış yağır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Şahdağ, Qrız, Daşkəsən, Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 15°-dək, Aran rayonlarında 20°-dək, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.
Son xəbərlər
10:16
Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başlayıb
Daxili siyasət10:15
Azərbaycanda 8 ayda aylıq sosial müavinət alanların sayı 178 mini ötüb
Maliyyə10:10
Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq
Region10:06
Safi Arpaquş: Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq
Din10:04
Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb
Biznes10:03
Qebreyesus ÜST-ün Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Sağlamlıq10:00
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Sağlamlıq09:57
Azərbaycan Mərkəzi Bankının daha bir departamentinin adı dəyişdirilib
Maliyyə09:54