Əziz Ələkbərli: Qərbi Azərbaycan qaçqınlarının öz torpaqlarına qayıdacağına əminik

Daxili siyasət
  • 26 fevral, 2026
  • 12:11
Əziz Ələkbərli: Qərbi Azərbaycan qaçqınlarının öz torpaqlarına qayıdacağına əminik
Əziz Ələkbərli

Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas hədəf soydaşlarımızın ata-baba yurdlarına qayıtmağıdır:

"Bu, bizim soydaşlarımızın tarixi haqqıdır. Bu gün artıq işğaldan azad olmuş suveren ərəzlərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşır. Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz abadlaşır və məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda bizim ata-baba mülklərimiz, torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da öz ata-baba torpaqlarına qayıdacaq. Biz buna əminik".

44 filmi