Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib

Daxili siyasət
  • 13 yanvar, 2023
  • 07:40
Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib
Elşad Hacıyev

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

"Report" xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.

Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb.

O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.

DİN-in Mətbuat Xidməti idarə səlahiyyətlidir. Nazirliyin müvafiq idarəsi dövlət qurumları arasında ən operativ Mətbuat xidmətlərindən sayılır.

44 - Tezliklə