Elnur Mustafayev: Sosial şəbəkədəki mövcud təhlükələrdən biri də dini radikalizmin təbliğidir
- 09 iyun, 2026
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Sosial şəbəkədəki mövcud təhlükələrdən biri də dini radikalizmin təbliği ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə "Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması" mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, dini radikalizmin təbliği həm də bu məsələyə yanaşmanı aktuallaşdırır:
"Belə radikal qruplar müxtəlif şəxslərə fərqli formalarda təsir göstərə bilirlər. Təəssüf ki, belə təsirlərə məruz qalanlar içərisində uşaqlara da rast gəlinir. Bu mənada, qanunvericilik müstəvisində məhdudiyyətin tətbiqi zəruridir".
E.Mustafayev qeyd edib ki, informasiya və kommunikasiya sahəsində inkişaf özü ilə bərabər bir sıra risklər də yaradıb: "Əlbəttə, hər zaman olduğu kimi bu sahədə də maarifləndirmə işlərinin aparılması vacibdir".
İctima Şura sədri 2018-ci ildə ABŞ-də qəbul edilmiş analoji qanunun üç mühüm müddəasına da toxunub:
"Həmin müddəalar 14 yaşa qədər uşaqların sosial mediaya girişinə qadağanı, sosial mediaya giriş üçün valideynin icazəsinin olmasını və qanunu pozan şirkətlərin külli miqdarda cərimələnməsini nəzərdə tutur. Hesab edirəm ki, qanun layihəsində bu kimi təcrübələr nəzərə alınmalıdır".