Eldar Əzizov: "Bakı bu gün dünyada fərqlənən brendə çevrilib"

Daxili siyasət
  • 14 oktyabr, 2023
  • 08:57
Eldar Əzizov: Bakı bu gün dünyada fərqlənən brendə çevrilib

"Bakı keyfiyyətcə dəyişib və dinamik inkişaf edir”.

“Report”un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı bu gün dünyada fərqlənən brendə çevrilib: “Son 20 ildə şəhərdə çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb. Bu gün Bakı dünyanın ən tanınmış turizm mərkəzindən birinə çevrilib. Bakı inkişaf edir, gözəlləşir”.

E.Əzizov qeyd edib ki, Prezidentin siyasəti nəticəsində insanların yaşayış səviyyəsi yüksəlib: “İnsanlar artıq şəhərə qayğı ilə yanaşırlar”.