Əfv sərəncamı Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub - FOTO

Daxili siyasət
  • 29 dekabr, 2015
  • 06:22
Əfv sərəncamı Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub - FOTO

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub. “Report”un məlumatına görə, cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. Onlardan biri Azərbaycan, biri Özbəkistan, o biri isə Kamboca vətəndaşıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 210 nəfərə şamil edilib.

44 - Tezliklə