Ədliyyə Nazirliyində yeni idarə yaradılıb, işçilərin sayı artırılıb

Daxili siyasət
  • 18 noyabr, 2016
  • 15:14
Ədliyyə Nazirliyində yeni idarə yaradılıb, işçilərin sayı artırılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyində yeni idarə yaradılıb, işçilərin sayı artırılıb. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalaması ilə mümkün olub.

Belə ki, dəyişikliklərə əsasən, Ədliyyə Nazirliyində İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb, həmçinin nazirliyin mərkəzi aparatının işçilərinin say həddi 380-dən 420 ştat vahidinə çatdırılıb. 

44 - Tezliklə