DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Daxili siyasət
  • 17 avqust, 2024
  • 07:36
DSX-nin üç polkovnikinə general-mayor ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Bəhmən Rza oğlu Babayevə

polkovnik Əyyub Vəli oğlu Məmmədova

polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.

44 - Tezliklə