Direktor: 327 şəxsin sümüklərində aparılan araşdırma onlara həyati xəsarətlər yetirildiyini təsdiqləyib
- 09 oktyabr, 2025
- 16:50

Müvafiq laboratoriyalarda 327 şəxsə məxsus sümüklərdə aparılan araşdırmalar nəticəsində onlara həyati xəsarətlər yetirildiyi təsdiq edilib.
"Report" xəbər verir ki, bunu Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya bölməsinin direktoru Ədalət Həsənov Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
O bildirib ki, Vətən müharibəsinin başa çatması ilə ərazilərin minalardan təmizlənməsindən sonra qurumun əməkdaşları Qarabağa ezam olunub:
"Sümük qalıqları ixtisaslı əməkdaşlar tərəfindən ərazidən götürülərək Bakıya gətirilib. Bu çərçivədə Səhiyyə Nazirliyi tərəfindən ikinci kriminalistika şöbəsi yaradılıb. Aşkar edilən sümük qalıqlarının insana aid olub-olmaması bu bölmə tərəfindən araşdırılıb. Yalnız bizim laboratiyada aparılan araşdırmalar nəticəsində 327 nəfərə həyati xəsarətlər yetirildiyi aşkarlanıb. Araşdırmalardan sonra sümük qalıqları həmin şəxslərin ailələrinə təhvil verilib".