Deputat: “Yaşar Əliyevin 20 yanvar qətliamını lentə alaraq dünyaya yayılmasında birbaşa rolu olub”

Daxili siyasət
  • 09 dekabr, 2023
  • 10:59
Deputat: “Yaşar Əliyevin 20 yanvar qətliamını lentə alaraq dünyaya yayılmasında birbaşa rolu olub”

Yaşar Əliyevin 20 yanvar qətliamını lentə alaraq dünyaya yayılmasında birbaşa rolu olub.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Çində keçmiş səfiri, mərhum Yaşar Əliyevin kürəkəni Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Yaşar müəllim, hər zaman dövlətə yaxın insan olub.

“Prezident İlham Əliyevin və Ümummilli lider Heydər Əliyevin siyasətini dəstəkləyib. O, ümummilli liderlə yaxın dost olub. Azərbaycanın çətin vaxtlarında 20 yanvar hadisələrində dövlətinin və xalqının yanında olub. O, 20 yanvar hadisələrində “Semaşko” xəstəxanasının baş həkimi idi. Qanlı yanvar faciəsində yaralılara və onların yaxınlarına köməklik göstərib. Yaşar müəllimin o qətliamı lentə alaraq dünyaya yayılmasında bir başa rolu olub”.

Qeyd edək ki, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dekabrın 8-də rəhmətə gedib. O, dekabrın 9-da Yasamal qəbiristanlığında dəfn edilib.

44 filmi