Cəlilabadın icra başçısı Zəhmətabad kəndində qəbul keçirib

Daxili siyasət
  • 03 may, 2019
  • 15:13
Cəlilabadın icra başçısı Zəhmətabad kəndində qəbul keçirib

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq, növbəti səyyar qəbulu rayonun Zəhmətabad kəndində keçirilib.

"Report"un məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışıb, Cəlilabad rayonunda aparılan abadlıq işləri barədə vətəndaşlara məlumat verib. 

N.Zeynalov vətəndaşlar tərəfindən qaldırılan məsələləri dinləyib. 

Vətəndaşlar Zəhmətabad kəndinin qazlaşdırılmasını, Kövüzbulaq kənd tam orta məktəbinin yenidən inşa edilməsini, əlillik dərəcəsinin təyin edilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi və kənddə artezian quyusunun qazılması haqqında müraciət ediblər. 

Səyyar görüşdə səsləndirilən müraciətlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.