Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Sevincimi ifadə edə bilmirəm

Daxili siyasət
  • 06 iyul, 2026
  • 08:35
Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Sevincimi ifadə edə bilmirəm

Sevincimi ifadə edə bilmirəm.

Bu sözləri "Report"a Cəbrayıl sakini, keçmiş məcburi köçkün Süsən Muradova deyib.

O, xatırlayıb ki, Birinci Qarabağ müharibəsində yaxın qohumlarını itirib: "Əmim, əmimoğlu Cəbrayılda şəhid oldu. Anam yurd həsrətilə dünyasını dəyişdi. Bu günə şükür olsun. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Bu sevinci bizə onlar yaşatdı. Bundan sonrakı ömrümüzü öz yurdumuzda başa vuracağıq.

Bacım Cəbrayıla köçəndə gedib yurdumuzu gördüm. Çox sevindim.

Mən Cəbrayılı tərk edəndə 28-29 yaşım vardı. İndi el-obama nəvələrimlə qayıdıram.

Şükür Allaha ki, bu yaşımda olsa da yurdumuza qayıdırıq. Allah Prezidentimizə can sağlığı versin ki, bu sevinci bizə yaşadır".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.