BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək

Daxili siyasət
  • 06 oktyabr, 2023
  • 11:47
BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək

BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni ilə görüşündə bildirilib.

Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə Qarabağ bölgəsinə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.