BMT əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib

Daxili siyasət
  • 21 oktyabr, 2015
  • 13:15
BMT əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Antonius Broek

Əfəndiyev Məzahir Cavid oğlu

Əliyev Mahir Kamal oğlu

İbrahimova Cəmilə Aydın qızı.

44 - Tezliklə