Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Abdulla Quliyev dəfn olunub - YENİLƏNİB
- 28 oktyabr, 2025
- 11:34
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyev dəfn olunub.
"Report"un məlumatına görə, Bakı şəhəri Yasamal rayonunda onun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, mərasim Yasamalda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.
Tədbirdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib.
A.Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.