Bəylik kənd sakini: Bizim üçün tikilən evlər təbiətin gözəlliyinə rəng qatır

Daxili siyasət
  • 29 may, 2025
  • 16:00
Bəylik kənd sakini: Bizim üçün tikilən evlər təbiətin gözəlliyinə rəng qatır

Bəylik kəndinə köçürülən sakinlər orada yaradılan şəraitdən razılıqlarını bildirirblər.

Bu barədə "Report"un Laçına ezam olunan əməkdaşı ilə söhbətdə rayonun Bəylik kənd sakini Pərvanə İsgəndərova danışıb.

O, doğma ocağına qayıdan sakinlərin çox sevindiklərini deyib:

“Yol boyu gördüyüm mənzərələr ürəyimi parçalamışdı, göz yaşımı saxlaya bilmirdim. Amma kəndlərin bərpa olunduğunu gördükcə ürəyimizdəki ağrı fərəhlə əvəzlənib.

Mən Bəylik kəndinə ailə quraraq gəlmişəm. Lakin bu yerləri o qədər sevdim ki, o vaxta qədər həmin kənddə olmadığıma görə heyfsilənirdim.

Burada bizə inşa edilən evlər təbiətin gözəlliyinə rəng qatır. Şəhidlırimizin ruhunu hörmətlə anır, ölkə başçısına təşəkkür edir, ordumuza daim güclü olmasını arzulayıram”.

44 filmi