Beyləqanda Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiqulu Quliyev dəfn edilib – YENİLƏNİB

Daxili siyasət
  • 05 iyun, 2024
  • 10:52
Beyləqanda Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiqulu Quliyev dəfn edilib – YENİLƏNİB

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyevlə Beyləqan rayonunun Milabad qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Beyləqan rayonunun Milabad qəsəbə qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:38

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyevin meyitinin qalıqları Beyləqan rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Beyləqan rayonu Milabad qəsəbəsində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Mehdiqulu Mədət oğlu Quliyev 1958-ci il iyunun 1-də Cəbrayıl rayonunun Niyazqullar kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Horadiz qəsəbəsində itkin düşüb.

M.Quliyev Beyləqan rayonu Milabad qəsəbə qəbiristanlığında dəfn olunacaq.

44 - Tezliklə