Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub
Daxili siyasət
- 03 sentyabr, 2016
- 09:47
Bərdə. 3 sentyabr. REPORT.AZ/ Bərdə Rayon Polis Şöbəsinin yeni rəisi, polis polkovniki İlqar Məmmədov kollektivə təqdim olunub.
"Report"un Qarabağ bürosunun müxbiri xəbər verir ki, İ.Məmmədovu kollektivə Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli nümayəndələri və rayon icra başcısı Vidadi İsayev təqdim edib.
Qeyd edək ki, İ.Məmmədov bundan əvvəl Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. O, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Nazirin digər əmri ilə Bərdə Rayon Polis Şöbəsinin keçmiş rəisi, polis polkovniki Hikmət Quluyev Şirvan Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.
Son xəbərlər
22:57
Vuçiç Serbiya Prezidenti vəzifəsini icra edərkən 49 nəfəri əfv ediyini bildirib
Digər ölkələr22:46
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5-ci və 16-cı yeri tutublar
Fərdi22:37
Foto
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə22:13
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Digər ölkələr22:10
Vuçiç: Görünür, prezidentlikdən baş nazirə keçmək hamıya olar, yalnız mənə yox
Digər ölkələr22:06
Abbas Əraqçi: İran ABŞ ilə diplomatik əlaqələrə ümid edir
Region21:46
Tramp: Daim İrana hücumları bərpa etməyi düşünürəm
Digər ölkələr21:26
Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var
Region21:11
Foto