Bölgələr arasında intensiv hərəkət səbəbindən yol patrul xidmətinin fəaliyyəti intensivləşdirilib

Daxili siyasət
  • 01 noyabr, 2025
  • 09:35
Bölgələr arasında intensiv hərəkət səbəbindən yol patrul xidmətinin fəaliyyəti intensivləşdirilib

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu istirahətə gedən sürücülərə müraciət edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur.

İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin yüksəlməsinə səbəb olur.

"Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib. Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir", - müraciətdə qeyd edilib.

Daha sonra sürücülərə səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmamaq, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət etmək tövsiyə olunub. Həmçinin hərəkət zamanı hava şəraiti və yolun vəziyyətinin nəzərə alınmasının, uzun məsafələrdə fasilələrlə hərəkət edilməsinin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin vacibliyi vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti