Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub
- 15 sentyabr, 2026
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Özbəkistanın ədliyyə naziri Akbar Toşqulov ilə iki ölkə arasında ədliyyə sahəsində əlaqələrin inkişafını müzakirə edib.
"Report" xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında paylaşıb.
Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər barədə də danışılıb.
Söhbət zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların genişləndirilməsi və hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
🇦🇿 🇺🇿 Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Toşqulov ilə görüşdüm.
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) September 15, 2026
Görüşdə Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, habelə ədliyyə sahəsində əlaqələrin inkişafı barədə ətraflı söhbət etdik.
Söhbət… pic.twitter.com/fAl5A7k0HE