Baş Prokurorluq: “Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb"

Daxili siyasət
  • 06 dekabr, 2021
  • 11:47
Baş Prokurorluq: “Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb

Kibercinayətlər və korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər törədən və 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, Amnistiya Aktı kibercinayətlər törətmiş 1 şəxsə və korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər törətmiş 41 şəxsə tətbiq edilib.

44 filmi