Bakıda məişət zorakılığı ilə bağlı beynəlxalq konfrans keçirilib

Daxili siyasət
  • 07 dekabr, 2023
  • 12:17
Bakıda məişət zorakılığı ilə bağlı beynəlxalq konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Məişət zorakılığında medianın rolu" mövzusuna həsr olunmuş panel keçirilib.

"Report"un xəbərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Humay Axundzadə sorğular zamanı respondentlərin yarısı zorakılıq edən şəxsin məsuliyyət daşıdığını bildirib:

"Onlar hesab edirlə, günahkar zorakılıq edən şəxsdir. Bunun əksini düşünənlər, yəni günahın qurbanda olduğunu fikirləşənlər də var. 34 faiz respondent isə hər iki tərəfin məsuliyyət daşıdığını düşünür".

Onun sözlərinə görə, cəmiyyətdə qurbana münasibətdə müəyyən gender fərqləri var: "Bu fərqlər bioloji deyil, sosial xüsusiyyətlərdən irəli gəlir".

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib ki, Azərbaycan mediası zorakılığa səbəb olan əsas amillər, o cümlədən erkən nikah və qadınların təhsildən yayındırması barədə də düşünməlidir: "Bu iki amil gələcəkdə ailə zorakılığına səbəb olan məqamlardandır. Müxtəlif qurumlar bu istiqamətdə müəyyən işlər görürlər. Amma cəmiyyətin özündə də çağırış olmalıdır. Media isə bu işdə mayak rolunu oynamalıdır. Bu məsələdə əsas amillərdən biri də ixtisaslaşmış medianın zəruriliyidir".

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə Azərbaycanda saxta xəbərlərlə bağlı konkret qanun yoxdur: "Bu məsələ müxtəlif qanunlarla tənzimlənir. Təəssüf ki, ölkəmizdə konkret belə bir qanun yoxdur. Həmçinin dezinformasiyaların növləri hələ sə tam müəyyənləşməyib. Düşünürəm ki, getdikcə bu sahədə də səliqə-səhman olacaq".

44 - Tezliklə