Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub

Daxili siyasət
  • 06 iyul, 2017
  • 07:14
Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub.

“Report”un məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Həsən Abdullayev və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Hüseyn İmanov tutduqları vəzifələrindən azad ediliblər. Bununla bağlı müvafiq əmrlər imzalanıb.

***

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin rəisi, polis-polkovnik leytenantı Həsən Abdullayev "Report"a bildirib ki, o, hüquq-mühafizə orqanlarında 40 il xidmət etdikdən sonra yüksək ehtiramla təqaüdə çıxıb.