Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyinat olub

Daxili siyasət
  • 12 fevral, 2019
  • 13:10
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyinat olub

Bakı. 12 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilib.

Qeyd edək ki, R.Həsənov bu təyinata qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi idi.